Video 14:00 03.05.2019

Xalq artisti efirdə ağladı (VİDEO)

ARB TV-nin "Səhər-Səhər” proqramının budəfəki qonağı xalq artisti Məleykə Əsədova olub.

Xalq artisti valideynlərindən danışarkən göz yaşlarını saxlaya bilməyib:

"O vaxt anam xəstə olduğu üçün, bacımgildə qalırdı. Mənim də verilişim var idi, çəkilişdə idim. Çəkiliş zamanı telefonum bağlı olurdu. Anam deyib ki, Məleykəyə zəng vurun, gəlsin, ona sözüm var. Deyiblər çəkilişdədir, gələcək yanına, deyərsən. Deyib zəng vurun, sonra birdən gec olar. Mən çəkilişdə olanda, dünyasını dəyişib. İndiyədək özümü bağışlaya bilmirəm. Bilmədim anam mənə nə demək istəyirdi. Atam da dünyasını dəyişəndə, yanında ola bilmədim”.