Dünya 10:30 10.05.2019

Yaponiyada güclü zəlzələ

Yaponiyanın cənub-qərbində 6,3 bal gücündə zəlzələ olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb. Təkanın mərkəzi Miyazaki şəhərində yerin 23 km dərinliyidir. 

Təbiət hadisəsindən sonra sunami xəbərdarlığı edilməyib, dağıntı və tələfat qeydə alınmayıb.

Gülşən