Ramil Usubovdan yeni təyinat

Ramil Usubovdan yeni təyinat

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə, polis polkovnik-leytenantı  Zaur Nəsirov Xətai rayon Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini təyin edilib. O, bu təyinata qədər Bərdə rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Xəbəri Xətai rayon Polis İdarəsindən təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə, Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə keçmiş müavini, polis polkovnik-leytenantı Şahin Məmmədov vəzifəsindən azad edilib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR