Ölkə 23:33 25.06.2019

Azərbaycanda bu məhsullar bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, iyunun 25-də qızılın qiyməti iyunun 24-ü ilə müqayisədə 57,1455 manat artaraq 1 unsiya üçün 2441,285 manat təşkil edib.

Gümüş 0,256 manat bahalaşaraq 1 unsiya üçün 26,3207 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 4,335 manat artaraq 1384,9305 manat, palladiumun qiyməti isə 20,315 manat artaraq 2599,47 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir