Dünya 10:02 10.07.2019

Məşhur aktyor vəfat etdi

Amerikalı məşhur aktyor Rip Torn 88 yaşında vəfat edib.

Qaynarinfo Fox News-a istinadən xəbər verir ki, aktyorun ölüm səbəbi barədə məlumat verilməyib. 

Qeyd edək ki, Rip Torn "Men in Black", "30 Rock", "The Larry Sanders Show", "Cross Creek" və s. filmləri ilə məşhur idi. O, "The Larry Sanders Show"ya görə Emmi mükafatına layiq görülüb, "Cross Creek"dəki çıxışına görə isə Oskar mükafatına namizəd göstərilib.

Gülşən