Dünya 12:39 11.07.2019

İnqilab Keşikçiləri anti-terror əməliyyatına başladı

İranın qərbində yerləşən Kermanşah əyalətində İran İslam İnqilabı Keşikçiləri Korpusu terrorçulara qarşı əməliyyat keçirib.

Qaynarinfo xəbər verir ki, terrorçularla hərbçilər arasında baş verən silahlı qarşıdurma 2 əsgərin ölümü, çox sayda silahlının zərərsizləşdirilməsi ilə nəticələnib. Əməliyyat nəticəsində silah-sursat ələ keçirilib.

Gülşən