Dünya 11:56 08.08.2019

Poroşenko istintaqa çağırıldı

Ukraynanın sabiq prezidenti Petro Poroşenko 12 avqustda Dövlət Təhqiqat Bürosunda ifadə verəcək.

Qaynarinfo Kyiv Post-a istinadən xəbər verir ki, ölkənin 5-ci prezidenti TV kanalının alışı zamanı vergidən yayınmada ittiham edilir. 

P.Poroşenko ötən günlərdə Maldiv adalarına səyahət edərkən dövlət sərhədini qanunsuz keçməkdə günahlandırılmış və təhqiqata başlanmışdı.

Qeyd edək ki, Petro Poroşenko may ayında prezident səlahiyyətlərini Vladimir Zelenskiyə təhvil verib.

Gülşən