Dünya 17:32 20.08.2019

Hindistanda sel qurbanlarının sayı artır

Hindistanın 5 əyalətində müşahidə edilən sel fəlakəti azı 58 nəfərin həyatına son qoyub.

Qaynarinfo NDTV-yə istinadən xəbər verir ki, güclü yağışlar səbəbilə minlərlə insan evakuasiya edilib. Paytaxt Delhidəki Yamuna çayında suyun səviyyəsi təhlükəli həddə çatıb və ərazidə yaşayan 10 min insan başqa yerə köçürülüb. 

Seldən əziyyət çəkən bölgələrdə məktəblərdə tətil elan edilib. 

Gülşən