Ekonomiks 17:51 28.08.2019

Daha bir şirkət Azərbaycanı tərk edir

Hollandiyanın tibbi cihaz istehsalçısı və tədarükçüsü "Optec Holding B.V." Azərbaycandakı filialının ləğv olunduğunu elan edib.

Qaynarinfo-nun Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, kreditorlar iki ay ərzində tələblərini AZ1012 Baku şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 8 ünvanına bildirə bilərlər.