Ölkə 11:06 13.09.2019

Vilayət Eyvazovdan yeni təyinat

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Məsim Adıgözəlov Qax Rayon Polis Şöbəsinin xidmət üzrə müavini təyin olunub.

O, əvvəllər Qax RPŞ-də işləyib.(oxu.az)