Ölkə 11:13 11.10.2019

Bu ərazilərdə qaz olmayacaq

Oktyabrın 11-də səhər saat 10:00-dan etibarən işlər başa çatanadək Xətai rayonu, H.Aslanov, NZS qəsəbələri, K.Kərimov, D.Səfərov və M.Davud küçələrində bir qrup abonentin qaz təminatında fasilə yaranacaq.

"Azəriqaz” İB-dən Qaynarinfo-ya verilən məlumata görə, bu zaman rayonun Ş.Məmmədov küçəsində orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi, M.Rüstəmov küçəsi 2 ünvanında quraşdırma işləri icra olunacaq.

Bundan başqa saat 10:00-dan 18:00-dək "Kür qəsəbəsi” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində aparılacaq quraşdırma işlərinə görə Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsində də qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.