Dünya 12:14 12.10.2019

Türkiyənin ABŞ əsgərlərini atəşə tutması: Generallar görüşdü

ABŞ-ın Birləşmiş Baş Qərargah rəisi Mark Milli ilə Türkiyənin Baş Qərargah rəisi Yaşar Gülər Suriyanın Kobani şəhərində yaşanan insidenti müzakirə ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ hərbi komandanlığının mətbuat xidməti məlumat yayıb. Suriya-Türkiyə sərhədində Türkiyə ordusu ABŞ hərbçilərini atəşə tutması faktı müzakirə mövzusu olub. Tərəflər görüş zamanı Suriyadakı təhlükəsizlik məsələsi, regionda ABŞ-Türkiyədə tərəfdaşlığının əhəmiyyəti barədə də söz açıblar.

Gülşən