Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə08:41 15.10.2019

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 22-26, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 23-28, dağlarda gecə 5-9, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və gündüz saatlarında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.