Xəbər lenti

Azərbaycan neftinin qiyməti dəyişdi
Ekonomiks 23:45 18.10.2019

Azərbaycan neftinin qiyməti dəyişdi

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 17-də 63,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,82 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,4 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 58,98 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,47 dollar/barel azdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->