Dünya 15:07 31.10.2019

Şimali Koreya 2 raket sınağı keçirdi

Şimali Koreya iki ballistik raketin sınağını reallaşdırıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bununla bağlı Yaponiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Raketlər 100 km hündürlüyə qalxıb və 35-400 km məsafə qət edərək Cənubi Koreya və Yaponiya arasında yerləşən sulara düşüb.

Qeyd edək ki, Şimali Koreya bu il ərzində 12 dəfə raket sınağı həyata keçirib. 

Gülşən