Ölkə 16:31 02.11.2019

Nazir şöbə müdirini işdən çıxardı

Səhiyyə naziri Oqtay Şirəliyev rəhbəri olduğu qurumda kadr islahatlarına başlayıb.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, O.Şirəliyev Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovu öz ərizəsi ilə tutduğu vəzifədən azad edib.

Nazir bununla bağlı əmr imzalayıb.