Ekonomiks 08:20 20.11.2019

Azərbaycanda bu məhsullar bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Qaynarinfo-nun trend-ə məlumatına görə, noyabrın 19-da qızılın qiyməti noyabrın 18-i ilə müqayisədə 6,834 manat artaraq 1 unsiya üçün 2499,765 manat təşkil edib.

Gümüş 0,2174 manat bahalaşaraq 1 unsiya üçün 28,9823 manata bərabər olub.

Platinin qiyməti 9,095 manat artaraq 1525,4185 manat, palladiumun qiyməti 16,32 manat artaraq 2949,585 manat təşkil edib.


Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.