Ölkə 19:41 03.12.2019

"Azəriqaz"da yeni təyinat

"Azəriqaz" İstehsalat Birliyində yeni kadr təyinatı olub. 

Qaynarinfo xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev dekabrın 3-də bununla bağlı əmr imzalayıb. 

Əmrə əsasən, "Azəriqaz"ın baş direktorun satış və istismar üzrə müavininin vəzifə səlahiyyətlərinin icrası Birliyin Mexanika və energetika şöbəsinin rəisi Cahid Əlsəf oğlu Hüseynova həvalə edilib.