Ölkə 23:10 07.03.2020

Sabirabadda yarımstansiyanın yanma təhlükəsinin qarşısı alınıb

Sabirabad rayonunda yanğın baş verib.

Qaynarinfo Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın Qalağayın kəndində qeydə alınıb.

Hadisə zamanı ümumi sahəsi 60 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili yanıb. Yaxınlıqdakı yarımstansiya yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.