Sənət 09:43 12.03.2020

Azərbaycanın əməkdar artisti vəfat etdi (FOTO)

Əməkdar artist Adil Zeynalov vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə APA-ya aktyorun yaxınları məlumat veriblər.

A. Zeynalov dünən gecə Bakıda Topçubaşov adına xəstəxanada dünyasını dəyişib.

O, Lənkəranda dəfn ediləcək.

Qeyd edək ki, A. Zeynalov Lənkəran Dövlət Teatrının aktyoru idi.