Ekonomiks 10:05 12.03.2020

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.

Qaynarinfo xəbər verir ki, Londonun ICE ("Inter Continental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 1,78 dollar azalaraq 34,01 dollar olub.

Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 1,60 dollar ucuzlaşaraq 31,38 dollar təşkil edib.

Qeyd edək ki, OPEC və Rusiya arasında əməkdaşlığın sona çatması və Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft qiymətləri uğrunda müharibənin başlaması "qara qızılın" qiymətini ucuzlaşdırır.