İdman 10:11 12.03.2020

Avropa Olimpiya Təsnifat Turniri təxirə salındı

Güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinin ardından, Olimpiadaya lisenziya verən daha bir yarış təxirə salınıb.

Qaynarinfo xəbər verir ki, 30 aprel - 3 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçirilməsi planlaşdırılmış Dünya Olimpiya Təsnifat Turniri də həmin tarixdə baş tutmayacaq.

Artıq hər iki turnirin keçirilməsi üçün təxmini tarixlər də açıqlanıb. Gələn həftə Macarıstanın paytaxtı Budapeştdə keçirilməli olan Avropa Olimpiya Təsnifat Turniri mayın ortalarında keçiriləcək.

Olimpiadaya son lisenziyaları verən Sofiyadakı yarış isə iyunun əvvəlində keçiriləcək.

Qeyd edək ki, hər iki yarışda Azərbaycan güləşçiləri Olimpiadaya vəsiqə qazanmaq üçün yarışmalı idi.