İdman 15:30 27.03.2020

Azərbaycan millisi FİFA reytinqində gerilədi

FİFA qadınlardan ibarət milli komandaların 2020-ci il üçün ilk reytinq cədvəlini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan seçməsi siyahıda 1 pillə geriləyib.
 
Belə ki, keçən ilin dekabrında 75-ci sırada olan yığmamız 1321 xalla 76-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 2181 xalla ABŞ millisi başçılıq edir. Almaniya 2090 xalla ikinci, Fransa 2036 xalla üçüncü sırada yer alıb.