Ölkə 12:26 03.04.2020

Azərbaycanda koronavirusa yoluxanların ümumi STATİSTİKASI

Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub.

Qaynarinfo xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 443-ə çatıb.

Onlardan 32 nəfəri sağalaraq xəstəxanalardan buraxılıb, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Müalicə olunanlardan 7 nəfərin vəziyyəti kritikdir.

Müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
 
Qeyd edək ki, dünya üzrə 1 milyon 18 min 150 nəfər virusa yoluxub. Bunlardan 53251 nəfər dünyasını dəyişib. Yoluxanlardan 213 min 224 nəfər sağalıb, 751 min 675 nəfər müalicə olunur ki, onlardan da 37 min 687 nəfərin vəziyyəti kritikdir.