Foto 13:58 26.06.2020

Xalq artistinin qızı magistraturaya qəbul oldu (FOTO)

Xalq artisti Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrin magistraturaya qəbul olub.

Qaynarinfo xəbər verir ki, bu haqda xanəndə özü məlumat verib.

O, qızının şəklini İnstaqram səhifəsində yyımlayaraq, sevincini izləyiciləri ilə bölüşüb. Əyyubova "Canım, gözəl qızım Nəzrinim... Səni Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistr pilləsinə qəbul olmağın münasibəti ilə ürəkdən təbrik edirəm. Uğurların bol olsun" sözlərini yazıb.

Qeyd edək ki, Nəzrin ötən il nişanlanıb. Pandemiyaya görə onun toyu təxirə düşüb.