Ölkə 21:39 16.07.2020

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlandı

Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı 68 nəfərə çatıb.

Bu barədə Qaynarinfo-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.

Məlumata görə, xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən xəstələrin sayı 345 nəfərdir.

Qeyd edək ki, Azərbaycanda COVID-19-a daha 493 yeni yoluxma qeydə alınıb, 561 nəfər sağalıb, 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 26 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 17 256 nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 575 nəfərdir.

Ötən müddət ərzində 601 min 500 test aparılıb. Bugünkü test sayı isə 8 722-dir.