Sağlamlıq 09:15 25.07.2020

Azərbaycanda daha bir həkim koronavirusdan öldü (FOTO)

Azərbaycanda daha bir həkim COVID-19-un qurbanı olub.

Qaynarinfo xəbər verir ki, bu barədə onun tanışları sosial şəbəkədə yazıb.

Onların sözlərinə görə, 7 saylı Doğum evində və "German" hospitalda cərrah mama-ginekoloq kimi çalışmış Valiyə Peykər COVID-19-dan dünyasını dəyişib.

Qeyd edək ki, o, bir neçə gün əvvəl koronavirusa yoluxmuşdu. Bütün səylərə baxmayaraq Valiyə Peykərin həyatını xilas etmək mümkün olmayıb.

Bununla da Azərbaycanda koronavirusdan ölən həkimlərin sayı 25 nəfərə çatıb. Xatırladaq ki, daha bir həkim ölkədən kənarda COVID-19-dan dünyasını dəyişib.