Azərbaycanda koronavirusa yoluxma yenidən kəskin artdı

Azərbaycanda koronavirusa yoluxma yenidən kəskin artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 173 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39524 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37122 nəfər müalicə olunaraq sağalıb, 580 nəfər vəfat edib, aktiv xəstə sayı 1822 nəfərdir.

Ölkədə son sutka ərzində 8780, hazırkı dövrədək isə 1073255 test aparılıb.

Qeyd edək ki, ötən gün koronavirus infeksiyasına 98 yeni yoluxma faktı qeydə alınmış, 113 nəfər müalicə olunaraq sağalmış, 2 nəfər vəfat etmişdi.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR