Ölkə 08:59 23.10.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı

Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

Qaynarinfo bu barədə Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.