Dünya 09:23 27.12.2020

Dünyada koronavirusa yoluxanların son statistikası

Dünyada COVID-19-a yoluxma hallarının sayı 80 milyonu keçib.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın beynəlxalq təşkilatlar, habelə federal və yerli hakimiyyət orqanlarının statistikaları ilə hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 80 027 056 nəfər təşkil edir. COVID-19-dan 1 753 313 insan ölüb, 45 145 454 pasiyent sağalıb.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb - 18 771 885. Birləşmiş Ştatlarda infeksiyaya yoluxmuş 330 345 insan ölüb. Siyahıda ikinci yerdə 10 169 118 yoluxma sayı ilə Hindistan qərarlaşıb. Bu ölkədə 147 343 insan virusun qurbanı olub. Braziliya yoluxma hallarının sayına görə üçüncüdür - 7 448 560. Bu ölkədə 190 488 pasiyent ölüb.