Dünya 16:03 03.01.2021

Dünyada koronavirusa yoluxanların son statistikası

Dünyada yeni növ koronavirus ("COVID-19”) infeksiyasına yoluxanların sayı 85 milyonu ötüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "worldometers.info”da məlumat verilib.

Belə ki, indiyədək 85 040 066nəfər koronavirusa yoluxub, 1 844 920 nəfər bu virusdan dünyasını dəyişib, 60 136 133 nəfər sağalıb.

Hazırda dünyada 23 029 013 aktiv koronavirus xəstəsi var ki, onlardan da 106 039-nun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.