Sənət 15:31 10.02.2021

Azərbaycanın Əməkdar artisti vəfat etdi

Tanınmış teatr və kino aktyoru, Gəncə Dövlət Dram Teatrında və Gəncə Dövlət Nizami Poeziya Teatrında uzun müddət çalışmış Əməkdar artist, Prezindent mükafatçısı Əlican Əzizov vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə sənətkarın sənət yoldaşları məlumat yayıb.

Ə.Əzizov Azərbaycanfilmin istehsalı olan "Süd dişinin ağrısı", "Dairə", "Şahid qız" filmlərində çəkilib.