Sağlamlıq 23:53 11.02.2021

Türkiyədə koronavirusla bağlı son durum

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 94 nəfər dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi bildirib.

Nazirlik bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 27 187 nəfərə çatıb.

Ölkədə 7 590 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 564 427 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 7 811 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 453 096 nəfər təşkil edir.