Siyasət 12:21 17.02.2021

VHP-də yeni təyinatlar

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP VIII Qurultayından sonra partiyanın idarəetmə strukturu yenidən formalaşıb.

Qaynarinfo xəbər verir ki, daha sonra VHP Mərkəzi İcra Aparatında təyinatlar olub.

Belə ki, VHP sədri Sabir Rüstəmxanlının müvafiq sərəncamı ilə Samir Əsədli VHP Mərkəzi İcra Aparatı rəhbəri təyin edilib.

VHP sədrinin digər sərəncamı ilə Asif Şəkərli partiyanın Mərkəzi İcra Aparatı rəhbərinin müavini -Təşkilat Şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Bundan əlavə Səlahəddin Əsgər VHP Mərkəzi İcra Aparatı rəhbərinin müavini - Mühasibatlıq şöbəsinin müdiri, Peyman Nəsirli Mərkəzi İcra Aparatı rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri, Şəfəq Qulusoy Ümumi şöbənin müdiri, İbrahim Quliyev İdeoloji şöbənin müdiri, Aygün Qurbanlı Qadınlarla iş şöbəsinin müdiri, Səməndər Mehdiyev QHT-lərlə İş Şöbəsinin müdiri, Səlcuq Elçin Siyasi partiyalarla iş şöbəsinin müdiri, İsmi Ağayev Dini qurumlarla iş şöbəsinin müdiri, Real Cəfərli VHP Diasporla iş şöbəsinin müdiri təyin edilib.