Video 11:05 15.03.2021

Azərbaycanda daha üç məktəb koronavirusa görə bağlandı (YENİLƏNİB/VİDEO)

Azərbaycanın şimal-qərb bölgəsində daha iki məktəb koronavirusa görə bağlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, Qax şəhər 4 və 2 saylı tam orta məktəbləri martın 15-dən distant təhsilə keçib.  

Buna səbəb məktəbdə müəllimlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.

Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.
 
09.29

Bakı şəhərində yerləşən 27 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Dərslər iki həftə distant formada davam etdiriləcək.

Qeyd edək ki, məktəbdə IX siniflər üçün keçirilməsi planlaşdırılan imtahanlar da ləğv olunub.