"Azərbaycanda koronavirusun heyvanlar arasında yayılması haqqında hər hansı məlumat yoxdur”.
Bunu Qaynarinfo-ya Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib. Onun sözlərinə görə, koronavirusun heyvanlar arasında yayılan növləri mövcuddur:
"Koronavirusların 40-dan çox növü var. Onların 7 növü insanlarda xəstəlik törədir. Onlardan da 3-ü ağır xəstəliyə səbəb olur. 40 növün arasında da heyvanlarda xəstəlik törədən növləri var. Məsələn, donuzlar, quşlar, itlər, yarasalar və s. kimi xəstəlik törədən növləri var. Amma yenə də COVİD-19 infeksiyasının heyvanlarda xəstəlik törətməsi barədə hər hansı təsdiq olunmuş məlumat yoxdur”.
Qeyd edək ki, Qida Təhlükəsizliyi İnstitutu tərəfindən COVID-19 xəstəliyinin it və pişiklər arasında yayılmasının araşdırılması istiqamətində elmi-tədqiqat işlərinə başlanılıb.
Bahar Rüstəmli
Şərhlər