Azərbaycanın sərbəst güləş üzrə Əməkdar məşqçisi, SSRİ idman ustası Qiyas Məsimov 71 yaşında vəfat edib.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Güləş Federasiyasının Mətbuat katibi Sərxan Musayev məlumat verib.
Onun sözlərinə görə, Məsimov böyrək çatışmazlığından əziyyət çəkirdi.
Qeyd edək ki, Qiyas Məsimov son olaraq Abşeron rayonu Uşaq-Gənclər İdman Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Şərhlər