Dünya 16:50 15.04.2021

Ekspert Putin-Bayden danışıqlarını pozacaq ssenarini açıqladı

Donbasdakı qarşıdurmanın kəskinləşməsi ABŞ prezidenti Co Bayden və rusiyalı həmkarı Vladimir Putin arasında görüşün baş tutmamasına gətirib çıxara bilər. 

Qaynarinfo xəbər verir ki, bu nəzər-nöqtəsini Belçika Antverpen Universitetinin beynəlxalq siyasət professoru Tom Sauer dilə gətirib.

Sauer Donbasdakı qarşıdurmanın həm Ukrayna, həm də Rusiya üçün sərfəli olmadığını deyib, lakin onun həqiqiliyini istisna etməməyə çağırıb.

Mütəxəssis əlavə edib ki, bir sıra məsələlərdə nüvə silahının yayılmaması, Əfqanıstandakı vəziyyət, terrorizmlə mübarizə və iqlim dəyişikliyi kimi məsələlərdə Rusiya və Amerika liderlərinin razılığa gəlməsi çox çətin olmayacaq. Sauer bu məsələlərdə irəliləyişin digər mövzularda danışıqlar üçün zəmin yarada biləcəyini söyləyib.
 
Alpər