Ölkə 09:54 06.05.2021

Azərbaycanda daha bir həkim koronavirusdan öldü (FOTO)

Azərbaycanda həkim koronavirusdan ölüb.

Qaynarinfo-nun məlumatına görə, ali dərəcəli neyrocərrah, neyroonkoloq Əmrəddin Rəcəbov bir müddət əvvəl COVID-19 infeksiyasına yoluxub. 

Xəstəxanaya yerləşdirilən həkim aparılan müalicələrə baxmayaraq, ötən gün xəstəxanada vəfat edib. 

Bu barədə onun həmkarları, tibb işçiləri sosial şəbəkədə də paylaşım ediblər.