Ölkə 17:44 11.10.2021

"Yeni Klinika"dan Elnur Əşrəfoğlunun son durumu ilə bağlı açıqlama (YENİLƏNİB)

Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

"Yeni Klinika"dan Qaynarinfo-ya bildirilib ki, jurnalist ECMO cihazından ayrılıb.

"Lakin onun ağciyərləri funksional deyil. Vəziyyəti hazırda kritik ağırdır", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.
 
 12:28

Koronavirusa yoluxan tanınmış Elnur Əşrəfoğlunu ECMO cihazından ayırırlar. 

Bu barədə Oxu.Az-a Elnur Əşrəfoğlunun həyat yoldaşı məlumat verib.

O bildirib ki, qanaxmalar çoxaldığı üçün onu ECMO cihazında saxlamaq mümkün olmur:

"Həkimlər indi əlaqə saxladılar. Dedilər ki, qanaxması dayanmır, bir yandan qan köçürülür, digər yandan isə ECMO cihazında olduğu üçün qanaxmalar çoxalır. Həkimlər vəziyyətini qiymətləndirib və qərar qəbul edilib ki, bu gün ECMO cihazından ayrılsın. Yəqin ki, bu dəqiqələrdə cihazdan artıq ayırırlar. Sadəcə olaraq hər kəsin dua etməsini istəyirəm. Allah kömək olsun bizə!”.

Xatırladaq ki, koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlu hazırda "Yeni Klinika”da ECMO aparatına qoşulu vəziyyətdə müalicəsini davam etdirir. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib. Heydər Əliyev Fondu koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb.