Sənət 12:50 16.11.2021

Əməkdar artistin ölüm səbəbi açıqlandı (YENİLƏNİB/FOTO)

Əməkdar artist Məcnun Hacıbəyovun ölüm səbəbi açıqlanıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, aktyor koronovirusdan dünyasını dəyişib.

O, uzun müddət Quba Mərkəzi Rayon Xəstəxanasında koronavirusdan müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb.
 
11.44

Azərbaycanın tanınmış aktyoru, Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib.

Qaynarinfo xəbər verir ki, aktyor 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Hacıbəyov 1935-ci ilin 5 oktyabrında rayonun İkinci Nügədi kəndində doğulub. Aktyor 10 illik orta məktəbi də bu kənddə bitirib. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.

Allah rəhmət eləsin!