Ölkə 14:20 25.12.2021

Xalq artistinin oğlu vəfat etdi

Mərhum Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd vəfat edib.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, Məmməd bu sabah dünyasını dəyişib. O, bu gün torpağa tapşırılıb.

Qeyd edək ki, M.Zeynalov ağ ciyər xərçəngindən əziyyət çəkirdi. O, eyni zamanda 6 ildir dializə gedir. Bir neçə gün əvvəl isə Məmmədin beynində şiş aşkarlanmışdı.