Ölkə 16:36 19.01.2022

Son sutkanın yoluxma statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 151 yeni yoluxma faktı qeydə alınıb, 543 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 628 166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 023 nəfər müalicə olunaraq sağalıb, 8 550 nəfər vəfat edib. 9 593 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 344, bu günə qədər isə ümumilikdə 6 028 671 test icra olunub.

Son gündə koronavirus əleyhinə 28 097 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 746, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 953, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 398 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 729 782, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 206 120, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 720 935, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 802 727 təşkil edir.