Ölkə 11:25 25.01.2022

Universitetin prorektoru vəfat etdi

Bakı Mühəndislik Universitetinin (BMU) Maliyyə - təsərrüfat işləri üzrə prorektoru Elçin Zeynalov vəfat edib.

Bu barədə Qaynarinfo-ya Universitetdən məlumat verilib.

Qeyd olunub ki, 1961-ci il təvəllüdlü E. Zeynalov dünən işdə olub, axşam saatlarında evində qəfildən vəfat edib.