Foto 14:26 28.01.2022

“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirdi (FOTO)

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri növbəti dəfə onlayn vətəndaş qəbulu keçirib.

Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, videoformatda keçirilən görüş zamanı Baş direktor Ruslan Əliyev Gəncə şəhəri, Baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Goranboy rayonu, Baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov isə Göygöl rayon sakinlərinin müraciətlərini dinləyiblər.

Vətəndaşlar qəbul zamanı qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri Birliyin rəhbər şəxslərinə çatdırıblar.

Bundan əlavə, vətəndaşlar tərəfindən qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər də ünvanlanıb. Baş direktor və müavinləri Gəncə Regional qaz istismarı İdarəsinin rəhbər şəxslərinə vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlar veriblər.