Xəbər lenti

Ölkə 16:34 30.01.2026

"Şəhərsalma və Memarlıq İli" ilə bağlı Tədbirlər Planı təsdiqləndi

"Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilib.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
--> -->