Foto 23:52 14.05.2019

25 ildir itkin düşən azərbaycanlı tapıldı - FOTO

Azərbaycanda itkin sayılan soydaşımız Ukraynadan Vətənə yola salınıb. 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini Murad Cəfərov mətbuata açıqlamasında bildirib ki, 25 il bundan əvvəl Azərbaycanı tərk edərək Ukraynaya gedən və bir daha geri qayıtmayan Yusif Nağıyev Vətənə yola salınıb.
Murad Cəfərovun sözlərinə görə, Yusif Nağıyev ötən illər ərzində Azərbaycanda itkin sayılırdı. 

"Bu gün diasporumuzun aktiv fəaliyyəti nəticəsində Yusif Nağıyev Vətənə dönüb. Mariupl şəhərindəki diaspor fəalımız Ayxan Hacıbəyliyə UABD-nin rəhbərliyi adından təşəkkürümüzü bildiririk. Onun sayəsində Yusif Nağıyevin vətəndaşlıq sənədləri bərpa olundu, qohumları tapıldı”, - deyə UABD-nin sədr müavini bildirib. (AzərTAc)