Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatına görə, 2010-2012-ci illər ərzində Somalidəki aclıq səbəbindən 250 mindən çox insan ölüb.
Qaynar.info-nun məlumatına görə, Ümumdünya Ərzaq Təşkilatı quraqlıq və ərzaq çatışmazlığı səbəbindən ölənlərin sayının Somali əhalisinin 4.6 faizini təşkil etdiyini bildirib. Hesabatda ölənlərin 133 min nəfərinin 5 yaşadək uşaqların olduğu qeyd olunub.
Hesabatı hazırlayanlar erkən xəbərdarlıqlara baxmayaraq, humanitar yardımların çox gec və az miqdarda çatdırıldığını da bildiriblər.
Qaynar.info
Şərhlər