Dünya 15:46 14.09.2019

26 il sonra atası ilə eyni gündə, eyni səbəbdən şəhid oldu

Türkiyənin Mardin şəhərinin Ömərli mahalında PKK terorçuları tərəfindən yola yerləşdirilən bombanın 4 sentyabr tarixində partlaması nəticəsində ağır yaralanan təhlükəsizlik işçisi Əbdüllətif Əmən 9 gündən sonra vəfat edib.

O, atasının şəhadəti günü şəhid olub. Belə ki, şəhidin atası Məhəmməd Əmin Əmən 26 il əvvəl - 13 sentyabr 1993-cü ildə oğlunun düşdüyü eyni pusqunun qurbanı olub.

Əbdüllətif Əmənin 8 övladı var.(Publika.az)