Dünya 11:00 01.04.2018

27 il sonra İraqdan Səudiyyəyə təyyarə uçuşu

İraq 27 il sonra Səudiyyə Ərəbistanına təyyarə səfəri gerçəkləşdirib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 1990-cı ildən bəri ilk İraq təyyarəsi Səudiyyədəki Kral Xalid Havalimanına eniş edib. Səudiyyədən İraqa ilk uçuş isə ötən ilin 31 oktyabrında edilmişdi.

Qeyd edək ki, İraq prezidenti Səddam Hüseynin Küveyti işğalından sonra iki ölkə arasındakı təyyarə səfərləri dayandırılmışdı.

Gülşən